Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:57

Ukrayna və Rusiya qazsız Avropanın gözündən düşür


Avropanın Ukrayna ərazisindən qazla təchizatının davamına imkan verən razılaşmanı Valdimir Ptinlə məhz Timoşenko imzaladı

Avropanın Ukrayna ərazisindən qazla təchizatının davamına imkan verən razılaşmanı Valdimir Ptinlə məhz Timoşenko imzaladı

Brüsseldəki Avropa siyasəti mərkəzinin təhlilçisi Amenda Akcakoca hesab edir ki, Avropa Birliyi azından bir neçə il Moskvadan qaz almağa məcburdur. Bu asılılığı azaltmaq üçün Avropanın qaz tələbatının 25 faizini ödəyəcək alternativ mənbə seçib bütün üzv ölkələrlə razılaşdırmaq lazım gələcək.

Akcakoca hesab edir: «Məncə hamıya yaxşı məlum faktdır ki, Avropa Birliyi Rusiya ilə əlaqələri davam etdirmək məcburiyyətindədir. Mən hesab edirəm ki, həmin əlaqələr problemli və eniş-yoxuşludur və belə də davam edəcəyini düşünürəm. Amma Rusiya ilə iş görmək heç vaxt asan olmayıb».

Şaxtalı qış şəraitində qaz qıtlığı ilə üzləşən Avropa Birliyi qeyzlənsə də, Kiyevlə Moskvanın qaz mübahisələrində tərəf tutmadı. Onları məsələni öz aralarında həll etməyə çağırmaqla kifayətləndi.

Ukrayna dərhal Avropanın belə bitərəf mövqeyini gücsüzlük əlaməti kimi yozdu. Kiyevdə yerləşən Dövlət və Demokratiya İnstitutu adlı QHT təşkilatının rəhbəri İvan Lozovoy də həmin fikirdədir.

O, deyir: «Mən bunu qismən qərbi Avropanın nöqsanı hesab edirəm. Məsələni dərindən araşdırsaq, mən Ukraynadan çox Avropanı günahkar sayıram. Haradadır o siyasətçilər ki, Rusiyadan sivilizasiyalı şəkildə davranmağı tələb etməli idi?»

Bəzi müşahidəçilər Moskvanın qazla bağlı Ukrayna ilə davranışı ilə ötən ilin avqustunda Gürcüstana hərbi müdaxiləsi arasında bir oxşarlıq görür. Onlar hər iki hadisəni Rusiyanın Qərb meylli qonşusuna hədə-qorxu gəlmək cəhdi kimi qiymətləndirirlər.

Ekspertlərin fikrincə, bu qarşıdurmalar daha çox Moskvanın maraqlarına cavab verirdi.

Moskvada yerləşən UralSib bankının eksperti Kris Vifer deyir ki, əslində, Ukrayna Qərb qurumlarına can atdığından məcburdur ki, ədəb-ərkan qaydalarına riayət etsin. Rusiyanın belə bir kompleksi yoxdur.

Ekspertin fikrincə, Gürcüstanla müharibədən sonra Qərbin qəzəbli təzyiqinə asanca tab gətirən Moskva növbəti dəfə adının ləkələnəcəyindən qətiyyən çəkinmədiyini nümayiş etdirdi.

«Hesab etmirəm ki, bu münaqişə nəticəsində Rusiyanın adı çox da ləkələnib. Çünki Avropa daxilində həmişə düşünüblər ki, bu münasibətlər daima çətin ola bilər» – deyə K.Vifer fikrini izah edir.

O, əlavə edir ki, əksinə, bu münaqişə nəticəsində Avropa ilə münasibətlər baxımından uduzan tərəf məhz Ukraynadır.
Avropa Komissiyasının baş direktoru Eneko Landaburu prezident Viktor Yuşenkonu günahlandıraraq bildirib ki, o daxili siyasi ziddiyyətlər üzündən baş nazir Yuliya Timoşenkonun rusiyalı həmkarı Vladimir Putinlə imzaladığı birinci razılaşmanı qəbul etməyərək münaqişənin daha da dərinləşməsinə səbəb olub.

Avropa Birliyinin Yuşenkodan narazılığı, sonuncunu gözü götürməyən və Yuliya Timoşenko ilə iş görməyi üstün tutan Rusiya rəhbərliyinin aktivinə daha bir xal kimi yazılmalıdır.

Avropanın təzyiqindən sonra yanvarın 19-da Avropanın Ukrayna ərazisindən qazla təchizatının davamına imkan verən razılaşmanı Valdimir Ptinlə məhz Timoşenko imzaladı.

Amma müşahidəçilərin fikrincə, Avropa Birliyinin gözündə yalnız Ukrayna düşməyib. Qazla təchizatda fasilələr üzündən iri iqtisadi itkilərə məruz qalan Avropa özünə yeni qaz mənbəyi seçmək qərarına gəlsə, Ukrayna ilə yanaşı Rusiyanın da adı uduzanların sırasında çəkilə bilər.
XS
SM
MD
LG