Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:55
«Politoloq Zərdüşt Əlizadənin oğlu Salur Əlizadə haqda cinayət işi ümumilikdə inandırıcı deyil». Bu sözləri Salur Əlizadənin vəkili Elçin Sadıqov deyib.

Vəkil S.Əlizadə barəsində çıxarılmış 2 aylıq həbs-qətimkan tədbiri qərarının real faktlara əsaslanmadığını və qanunsuz verildiyini deyib. Buna görə də Apellyasiya Məhkəməsindən bu qərarı ləğv etmək xahiş olunub.

E.Sadıqov apellyasiya şikayətinə gələn həftə baxılacağını bildirib.

Salur Əlizadə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanıb. Rəsmi məlumata görə, ondan 1,043 qram narkotik vasitə olan heroin götürülüb.
S.Əlizadə barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından arıq miqdarda əldə etmə və saxlanma) cinayət işi başlanıb. / Turan /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG