Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:10

YAP-ın təşəbbüs qrupu qeydə alındı


Sənədlərin son qəbul günü fevralın 1-i saat 18-dir
Sənədlərin son qəbul günü fevralın 1-i saat 18-dir
Hakim Yeni Azərbaycan Partiyasının təsis etdiyi «Yeni Azərbaycan» təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınıb. Qərar Komissiyanın yanvarın 22-də keçirilən iclasında qəbul edilib.
Bu haqda «Azadlıq» radiosuna MSK-nın katibi Natiq Məmmədov bildirib.
Onun sözlərinə görə, təşəbbüs qrupu quruma 46 min 950 seçici imzası təqdim edib ki, bunlardan da 43 min 881-i etibarlı sayılıb.
N.Məmmədov onu da deyib ki, artıq bir neçə təşəbbüs qrupunun da imzaları baxılmaq üçün MSK-ya təqdim edilib.
Hazırda referendumla bağlı 13 təşəbbüs qrupu yaradılıb.
Sənədlərin son qəbul günü fevralın 1-i saat 18-dir.
Martın 18-də keçiriləcək referendumda Konstitusiyaya 20-dən çox dəyişiklik təklif olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG