Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:27

Aqil Xəlilin vizasının müddəti uzadılıb


«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil 2008-ci il iyulun 24-də «Sərhədsiz reportyorlar» beynəlxalq jurnalist təşkilatının xüsusi dəvəti ilə Fransaya gedib
«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil 2008-ci il iyulun 24-də «Sərhədsiz reportyorlar» beynəlxalq jurnalist təşkilatının xüsusi dəvəti ilə Fransaya gedib
«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilin Fransada qala bilməsi üçün vizasının müddəti daha 6 ay müddətinə uzadılıb.
Bu barədə «Azadlıq» radiosuna A.Xəlilin özü məlumat verib.
Jurnalist deyir ki, hələlik Azərbaycana qayıtmaq fikrində deyil. Onun sözlərinə görə, bir az sakitçilik yaranandan sonra ölkəyə qayıdacaq.
Jurnalist Bakı ilə müntəzəm əlaqə saxlayır və ona hələ ki, Fransada qalmağı məsləhət görüblər. Ona Fransada qalmaq və dil öyrənmək üçün hər cür şərait yaradılıb.
«Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlil 2008-ci il iyulun 24-də «Sərhədsiz reportyorlar» beynəlxalq jurnalist təşkilatının xüsusi dəvəti ilə Fransaya gedib. Onun ölkədən getməsi Fransa və ABŞ-ın Bakıdakı səfirliklərinin səyləri nəticəsində mümkün olub.
A.Xəlilin həyatına bir neçə dəfə sui-qəsd edilib, ürək nahiyəsindən bıçaqlanıb. Respublika Prokurorluğu ona homoseksualların hücum etdiyini bildirib. Jurnalist isə istintaqın gəldiyi nəticəni qurama adlandırır və peşə fəaliyyətinə görə, təqib olunduğunu deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG