Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:54

«26-lar»ı götürdülər


26 Bakı komissarı abidəsinin sökülməsi prosesi başa çatıb. Abidə artıq yerindən götürülüb. Yanvarın 22-də «Turan» İnformasiya Agentliyi hadisə yerindən fotoşəkillər yayıb.
Abidə Bakı komissarlarının dəfn olunduğu yerdə qoyulmuşdu. 1920-ci ildə burda basdırılmış komissarların qalıqlarının Hövsan qəbiristanlığına köçürüləcəyi haqda söhbət ötən ildən gedir. Sahil bağının yenidən qurulacağı, söküləcək abidənin yerində avtomobillər üçün ikimərtəbəli qaraj tikiləcəyi vurğulanır.
Bakı komissarları 1918-ci ilin sentyabrında Krasnovodsk yaxınlığında güllələniblər. 1920-ci ilin aprelində Rusiya ordusu Bakını işğal edəndən sonra komissarların qalıqları Bakının mərkəzində dəfn olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG