Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:09

Hüquq-mühafizə sahəsində islahatlara 16 mln. avro ayrılacaq


Avropa İttifaqı Azərbaycanda hüquq-mühafizə sahəsində islahatlara 16 mln. avro ayırmaq niyyətindədir. Bu barədə jurnalistlərə Avropa Komissiyasının Azərbaycandakı missiyasının rəhbəri səlahiyyətlərini yerinə yetirən Jan Lui Lavroff bildirib.
Bu vəsait penitensiar xidmətdə islahatlar, ədliyyə və məhkəmə orqanlarında dövlət qulluqçularının biliklərinin artırılması, habelə Ədliyyə Akademiyasının formalaşdırılması üçün nəzərdə tutulub. Layihə üç il müddətinə hesablanıb.
XS
SM
MD
LG