Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:41

2 gündən sonra abonentlərin 50 faizə yaxını qazsız qala bilər


Yanvarın 25-dən ölkə üzrə abonentlərin 50 faizə yaxını qazsız qala bilər. Borcunu ödəməyən abonentlərə yanvarın 25-dən qaz verilməsi dayandırılacaq.
Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin rəisi Tahir Əliyev deyir ki, 2 gündən sonra qazın kəsiləcəyi barədə artıq borclu abonentlərə xəbərdarlıq edilib. Əlavə xəbərdarlıq olmayacaq. Bu qərar borcun məbləğindən asılı olmayaraq bütün abonentlərə aiddir.
«Azəriqaz»ın rəsmisi Nüsrət Qasımov isə «Azadlıq» radiosuna bildirib ki, ölkə üzrə abonentlərə verilən qazın pulunun 50 faizə yaxını ödənilməyib. Bu vəziyyət borclu abonentlərin qazının kəsilməsi zərurətini yaradır:
« Bakı üzrə 50 faizdən bir az artıq ödəmə olub. Ölkə üzrə ondan da aşağıdır ödəmələr. Borcunu ödəməyənlərin qazı kəsilməlidir».
N.Qasımov deyir ki, «Azəriqaz» abonentlərlə münaqişəyə getmək istəmir. Ancaq bu tədbir də nəticə verməsə, onda borclu abonentlərlə bağlı məhkəməyə müraciət ediləcək.
Çünki qaz pulunun lazımi səviyyədə yığıla bilməməsi «Azəriqaz»ın əhalini mavi yanacaqla normal təmin etməsinə texniki cəhətdən də ciddi problemlər yaradır.

Günün bütün mövzuları

XS
SM
MD
LG