Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:08

«Azərbaycanı dovşanların təbliğ olunduğu ölkəyə çevirirlər»


«Mənim düşüncəmdə ziyalı nəsli kəsilib getdi. Sonuncu ziyalı Üzeyir Hacıbəyov idi. Onunla da qırıldı getdi»

«Mənim düşüncəmdə ziyalı nəsli kəsilib getdi. Sonuncu ziyalı Üzeyir Hacıbəyov idi. Onunla da qırıldı getdi»

«Azadlıq»: «Mənim düşüncəmdə ziyalı nəsli kəsilib getdi. Sonuncu ziyalı Üzeyir Hacıbəyov idi. Onunla da qırıldı getdi»-, qəzetə müsahibəsində şair Vaqif Bayatlı Odər belə deyib. «Əsl ziyalı olmağın şərtləri var. Düzdür Rüstəm İbrahimbəyovu müdafiə etmək məqsədi ilə 280-nə yaxın adam imza topladı. Amma bu ziyalılar hakimiyyətə münasibətdə ikili mövqe tuturlar».

«… Artıq bu qərara gəlmişəm ki, televiziyalar Azərbaycanda ziyalı, qəhrəman, vətənpərvər deyil dovşanlar yetişdirirlər. Əvvəllər kütlələr qoyun şəkillində təsəvvür olunurdu. Amma görünür bu da onlara ləzzət eləmədi. Axı qoyun bir az kədərlidi, çox da gülümsəmir, elə başını aşağı salıb düz gedir. Amma dovşan maraqlıdı, atlanır, düşür, rəqs edir. Bütün bu şoular, zadlar bu amala xidmət edir. Artıq Azərbaycanı dovşanların təbliğ olunduğu ölkəyə çevirirlər. İnanmıram dünyanın hansısa bir ölkəsində bizim qədər dovşanizim inkişaf etsin».
«Yeni Müsavat»: «Hazırda hökumətdə iqtisadiyyatın pula olan tələbatının ödənilməsi yolları üzərində müzakirələr aparılır. Yaxın vaxtlarda isə ölkə iqtisadiyyatını canlandırmaq, böhranın iş yerlərinə təsirini azaltmaq və əhalinin gəlirlərinin azalmasına yol verməmək üçün ciddi tədbirlərə başlanacaq. Milli Bankdan bildiriblər ki, vəziyyəti düzəltmək üçün ölkə iqtisadiyyatına təxminən 2,5 milyard pul buraxılacaq. Pullar həm valyuta ehtiyatlarından, həm də Milli Bankın öz rezervlərindən götürüləcək. Bu vəsait real sektorun, o cümlədən tikinti sahəsinin dəstəklənməsinə sərf olunacaq».

«Ekspress»: «26-lar» abidəsinin yerləşdiyi bağın öz tarixi adı ilə - «Hürriyyət Bağı» adlandırılması və burada Nuru Paşanın abidəsinin ucaldılması məqsədəuyğun olardı». Bu təkliflə növbəti dəfə çıxış edən Türk Hərəkatı İctimai Birliyi Azərbaycan prezidenti İlham Əliyevə müvafiq müraciət göndərib. Məktubda xatırladılır ki, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqi məhz indiki «Sahil Bağı»nın yerləşdiyi ərazidə təşkil olunub. Və Nuru Paşa həmin gün sözügedən əraziyə «Hürriyyət Meydanı» adının verilməsini təklif edib.

«Azərbaycan» yazır ki, «Təbii qaz təminatında etibarlı mənbələr axtaran Avropa «Nabucco» layihəsinin daha tez reallaşmasmını istəyir». «Ölkəmiz Avropanın əsas ümid yerinə çevrilir» sərlövhəli məqalədə müəllif iddia edir ki, «Rusiya və Ukrayna arasında təbii qazla bağlı ötən ilin noyabrından başlayan növbəti mübahisəyə yanvarın 17-də Moskvada son qoyulsa da, Avropada iki ölkə arasında analoji vəziyyətin yaşanmayacağına dair qəti əminlik yoxdur».

«Yeni Azərbaycan»: «2008-ci ilin sosial-iqtisadi nəticələrinin təhlili ötən ilin rəsmi Bakı üçün kifayət qədər uğurlu olduğu qənaətinə gəlməyə imkan verir». Qəzet yazır ki, «bu dövr ərzində həyata keçirilən sosial-iqtisadi proqramlar, atılan bütün addımlar qarşıya çıxan problemlərin həllinə imkan yaradıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG