Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:29

Partlayışla bağlı tutulan şəxsə cinayət işi açılıb


Yanvarın 16-da Bakının Nəsimi rayonu, Cavadxan küçəsi 30 ünvanında yerləşən yaşayış binasında baş vermiş partlayışla bağlı şübhəli şəxs qismində saxlanılan Orxan Əliyev barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 124.2-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 187.3-ci (əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.
Bu barədə «Turan»a Respublika Prokurorluğundan bildiriblər. Hazırda istintaq tədbirləri davam etdirilir.

Yanvarın 16-da saat 16.00 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 30 ünvanında O.Əliyevin müvəqqəti yaşadığı 60-cı mənzildə qaz sızmasından partlayış baş verib. Hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər yaralanıb.
XS
SM
MD
LG