Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:38

Şəmistan Əlizamanlı: «Mənim siyasətim sənətimdir»


Şəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı
Dinlə

«20 Yanvar hadisələrinin qurbanlarının yad edilməsi zamanı sızıldamağın, inləməyin əleyhinəyəm. Bu cür bədbinliyə qapılma bizi qələbəli gələcəyə apara bilməz».

«Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - sabiq hərbi diktor Şəmistan Əlizamanlı belə düşünür. Onun fikrincə, qurbanlar üçün sızlayıb-ağlamaq gənclərdə yanlış təsəvvür oyada bilər.

Ş.Əlizamanlı deyir ki, heç vaxt siyasətlə məşğul olmaq istəməyib.

«Mən özümü siyasətdə görmürəm. Siyasət sənəti yeyir, ikisi bir arada ola bilməz. Əslində, bizim yazıb-yaratdıqlarıımz hamısı böyük siyasətdir - dinləyənə, başa düşənə. Hesab edirəm ki, mənə bu cür səs verilibsə, ondan xalqın faydası üçün istifadə etmək lazımdır. Siyasətlə hər kəs məşğul ola bilər. Amma bu istedad çox az adama verilib. Mənim siyasətim sənətimdir».

Ş.Əlizamanlı bildirir ki, onu çox vaxt Levitanla müqayisə edirlər:

«Mən 1986-cı ildə SSRİ Dövlət Teleradio Verilişləri Komitəsində ixtisasartırma kursu keşmişəm. SSRİ üzrə diktorlar arasında birinci yerə çıxmışam. Həmin kursda müəllimim Levitanın ən yaxın dostu idi. Mən müəllimimə onun barəsində o qədər sual verirdim ki…Hər dəfə də Levitanın şəklini görəndə təəccüblənirdim ki, bu cür cılız insan necə az qala sovet xalqını idarə edib?»

Ş.Əlizamanlı deyir ki, heç bir halda ruhdan düşməmək, həmişə mübarizə aparmaq lazımdır:

«Mənə də çətindir. Amma insanlarımızın faydalana biləcəyi əsərlər ortaya qoymağa çalışıram. Unutmaq lazım deyil ki, hər şey yeri-göyü yaradan uca Tanrının əlindədir».
XS
SM
MD
LG