Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Kosovo öz ordusunu yaratdığını elan edib


Kosovo öz ordusunu yaratdığını elan edib. Kosovo 11 aydır ki, Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edib.
Kosovonun yeni təhlükəsizlik qüvvələri 90-cı illərdə serblərə qarşı vuruşan veteranlardan təşkil olunub. Serbiyanın Kosovo üzrə naziri Qoran Boqdanoviç elan edib ki, bu cür təhlükəsizlik qüvvələrinin yaradılması regionda vəziyyəti daha da pisləşdirəcək.
Serbiya Kosovonun müstəqilliyini tanımır. Kosovonun Baş naziri Haşim Taçi isə deyib ki, yeni təhlükəsizlik qüvvələri tərkibində müxtəlif millətlər olacaq və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları qoruyacaq.
XS
SM
MD
LG