Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Orta illik inflyasiya 2008-ci ildə 20%-i keçib


2008-ci ilin dekabrında istehlak qiymətlərinin indeksi 99,6% olub. Bununla belə, ərzaq mallarının qiyməti 1%, xidmətlər 0,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiyməti eynilə qalıb.
Bu barədə «Turan»a Dövlət Statistika Komitəsindən məlumat veriblər. Ötən il (dekabr 2008/dekabr 2007) inflyasiya 15,6% təşkil edib. Bu, əvvəlki ilin göstəricisindən 4,1% azdır.
Xüsusən 2008-ci ilin 4-cü rübündə qiymətlərin sabitləşməsində dünya iqtisadi böhranı və idxal olunan malların qiymətinin ucuzlaşmasının mühüm rolu olub.

2008-ci ildə orta illik inflyasiya (2007-ci ilin yanvar-dekabrı ilə müqayisədə) 20,8% (ərzaq 28,6% bahalanıb) təşkil edib. Bu, 2007-ci ildəkindən 4,1% çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG