Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:13

Nazirlər prezidentlərdən əvvəl görüşəcəklər


Azərbaycan və Ermənistan prezidentlərinin Davos görüşündən əvvəl Xarici İşlər nazirləri İsveçrədə, Sürixdə bir araya gələcəklər.
Görüşün yanvarın 27-də keçiriləcəyi nəzərdə tutulur. Artıq Azərbaycan bu təklifi qəbul edib. Bu barədə jurnalistlərə Xarici İşlər naziri Elmar Məmmədyarov məlumat verib.
Nazir deyib ki, bütün hallarda Bakının mövqeyi dəyişməyib, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır:
«Helsinki görüşündə Minsk Qrupunun həmsədrləri daha dəqiq təkliflər veriblər. Biz həmin təkliflər üzərində işləyirik. Prezidentlərin və Xarici İşlər nazirlərinin növbəti görüşünün əsasında biz həmin təkliflərə cavab hazırlayacağıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG