Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:28

Polis Müsavatın aksiyasını dağıtdı


Polis 9 aksiya iştirakçısı saxlayıb, onların əllərində tutduqları plakatlar alınıb
Polis 9 aksiya iştirakçısı saxlayıb, onların əllərində tutduqları plakatlar alınıb
Müsavat partiyası Gənclər təşkilatının Milli Teleradio Şurası qarşısında təyin etdiyi aksiya bir qədər gec başladı.

Aksiya həmin ünvanda yox, Rəşid Behbudov küçəsi ilə Xəqani küçəsinin kəsişməsində keçirilib. Gənclər təşkilatı bunu belə əsaslandırdı ki, polis onları həmin əraziyə buraxmayıb.
Müsavat partiyası Azərbaycanda fəaliyyət göstərən xarici radioların milli tezlikdən çıxarılmasına etiraz edir və bunu fikir plüralizminə zərbə kimi qiymətləndirir.

Aksiya iştirakçıları «Azad sözə dəstək», «Heydərizmə yox» şüarları səsləndiriblər.

Polis 9 aksiya iştirakçısı saxlayıb, onların əllərində tutduqları plakatlar alınıb. Polislər jurnalistlərə bildiriblər ki, saxlanılan şəxslər 39-cu polis bölməsinə aparılıb. Piketdə saxlanılan aksiya iştirakçıları dörd saatdan sonra sərbəst buraxılıb. Aksiya zamanı saxlanılan Müsavat partiyası Xətai rayon təşkilatının sədri Mustafa Hacıbəylinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, saxlanılanların hamısından izahat alınıb və onlara xəbərdarlıq edilib ki, bir də belə aksiyalar keçirməsinlər.

Milli Teleradio Şurası yerli qanunvericiliyə zidd olduğunu əsas gətirərək Azərbaycanda fəaliyyət göstərən üç xarici radiostansiyasını – «Azadlıq», «Amerikanın səsi» və BBC-nin milli tezlikdə yayımını dayandırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG