Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:29

«HRW»: «Leyla Yunusa qarşı iddia geri götürülməlidir»


Leyla Yunus deyir ki, ona qarşı iddia vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiqdir
Leyla Yunus deyir ki, ona qarşı iddia vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiqdir
Azərbaycan hökuməti hüquq müdafiəçisi Leyla Yunusa qarşı iddiasını dərhal geri götürməlidir. «Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatının yanvarın 21-də yaydığı bəyanatda belə deyilir.
Leyla Yunusu Daxili İşlər naziri Ramil Usubov məhkəməyə verib, səbəb isə hüquq müdafiəçisinin «Day.az» saytına müsahibəsində Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu iddia etməsidir.

«Human Right Watch»un Avropa və Orta Asiya regionu üzrə direktoru Reyçel Denberin dediyinə görə, Leyla Yunusa qarşı iddia Azərbaycanda söz və fikir azadlığına pis nümunədir.

Bəyanatda o da deyilir ki, son iki ildə Azərbaycan hökuməti ölkədə söz azadlığını boğub, tənqidçi jurnalistləri, redaktorları həbs edir, hüquq müdafiəçilərini hədələyir, qəzetləri və hüquq müdafiə təşkilatlarını qapadır.

Ramil Usubovun Leyla Yunusa qarşı iddiası üzrə məhkəmə hazırlığı yanvarın 23-nə təyin olunub. Nazir məlumatın təkzibini və Leyla Yunusun 100 min manat cərimə edilməsini istəyir. Hüquq müdafiəçisi isə deyir ki, bu iddia vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiqdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG