Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:30

Obama diktatorlara mesaj verdi


«Obama Azərbaycanla münasibətlərinə böyük dövlətlərlə münasibətlərinə aydınlıq gətirəndən sonra baxacaq»
«Obama Azərbaycanla münasibətlərinə böyük dövlətlərlə münasibətlərinə aydınlıq gətirəndən sonra baxacaq»
Amerikanın yeni prezidenti avtoritar ölkələrə mesajını çatdırdı və onları yumşalmağa çağırdı. Vaşinqtondakı əməkdaşımız Qorxmaz Əsgərov belə deyir.

O, «Azadlıq» radiosunun «Xəbər-ətər» proqramının yeni ABŞ administrasiyası ilə Azərbaycanın münasibətləri hansı yöndə qurula bilər sualına cavab olaraq deyib:

«Barak Obama konkret Azərbaycanla münasibətlərinə böyük dövlətlərlə münasibətlərinə aydınlıq gətirəndən sonra baxacaq. Bu, ilk növbədə Rusiya ilə münasibətlərin necəliyindən aydın olacaq. Amma hər halda, Obama avtoritar ölkələrə mesajını çatdırdı. Onun fikrincə, diktatorlar tarixin səhv tərəfindədirlər, Amerika ilə danışıqlara getmək üçün ən azı yumşalma göstərməlidirlər. Obama diktatorlara mesaj verdi ki, hakimiyyətə korrupsiya, aldatma, narazıların səsini batırmaq yolu ilə gələnlər səhv tərəfdədirlər. Amma Amerika əlini uzatmağa hazırdır, əgər onlar yumruqlarını boşaltmağa hazırdırlarsa…»
Obamanın andiçmə mərasimi
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00
Direct-ə keçid

Azərbaycanlı politoloq Ərəstun Oruclu deyir ki, Bakı yeni administrasiya ilə əməkdaşlığa hazır deyil. Bunun üçünsə o ilk növbədə davranış tərzini dəyişməlidir:
«Azərbaycan hakimiyyətinin yeni administrasiya ilə yaxşı istiqamətdə münasibət quracağı inandırıcı deyil. Obamanın diktator rejimlərlə bağlı bəyanatı da göstərir ki, demokratlar ənənəvi dəyərlər üzərində xarici siyasət qurmağın tərəfdarıdırlar. Bu siyasətdə Azərbaycanın pozitiv yeri görünmür…»

Ərəstun Oruclu həm də ona diqqət çəkir ki, indiyədək Bakı demokratlarla münasibətləri yandırıb. Amerikadakı prezident seçkilərində birmənalı şəkildə respublikaçıların prezidentliyə namizədini dəstəkləyirdi. Hətta səfir bununla bağlı proqnozlar verirdi.

Prezident və birinci ledinin rəqsi
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid


«Azərbaycan hakimiyyəti buna qədər də demokratlarla münasibətlərində müəyyən gərginliklər yaşayıb. Birinci dəfə 2005-ci ildə həbsdəki sabiq nazir Fərhad Əliyevdən keçmiş dövlət katibi Madlen Olbraytın əleyhinə ifadə almağa çalışırdılar. Guya Olbrayt Azərbaycanda inqilab hazırlamaq istəyirmiş. Və ya elə həmin ildə keçmiş prezident, demokrat Bill Klintonun rəhbərlik etdiyi «Qlobal Ədalət Təşəbbüsü» təşkilatının Azərbaycanda seçki öncəsi konfrans keçirməsinə imkan verilmədi. Bu heç uzaqgörən hərəkət deyildi. Bu gün həmin ailənin başqa üzvü dövlət katibidir. Amma bu hamısı deyil. Bir qədər əvvəl isə Azərbaycan hökuməti Konqresin maliyyələşdirdiyi radioların FM tezliyində yayımını dayandırdı».

Politoloqa görə, Bakı Vaşinqtonla əlaqələr qurmaqda maraqlıdırsa, ilk növbədə təzyiq göstərməkdən və ya ultimatum dilində danışmaqdan əl çəkməlidir.
XS
SM
MD
LG