Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12
Yanvarın 20-də Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun ABŞ, Ruisya və Fransadan olan həmsədrləri Yerevanda prezident Sarkisyanla görüşüblər.

Sarkisyan yanvarın 28-də İsveçrədə keçiriləcək Dünya İqtisadi Forumu çərçəvəsində Azərbaycanın dövlət başçısı ilə görüşə razılıq verib.

Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza “Azadlıq” radiosuna bildirib ki, vasitəçilər bu ilin yayına qədər Qarabağ münaqişəsinə dair sülh razılaşmasının konturlarını müəyyən edəcəklərinə ümidlidirlər.

Prezidentlər sonuncu dəfə 2008-ci ilin noyabrında Moskvada görüşüb və Qarabağ münaqişəsinin həllinə dair bəyannamə imzalamışdılar.

Dövlət başçıları həmçinin xarici işlər nazirlərinə tapşırmışdılar ki, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün baza prinsiplərinin tapılmasını sürətləndirsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG