Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:24

“Mən, Barak Hüseyn Obama rəsmi şəkildə and içirəm ki, Birləşmiş Ştaların prezidenti vəzifəsini səadaqətlə yerinə yetirəcəyəm. Bütün gücümlə Birləşmiş Ştatların Konstitusiyasını qoruyacaq, onu müdafiə edəcəyəm. Allah mənə kömək olsun!”

Barak Obamadan əvvəl vitse-prezident Coe Baden də and içdi.

Vaşinqtonda yüz minlərlə adamın toplaşdığı təntənəli andiçmə mərasimini havada, quruda və suda minlərlə polis və təhlükəsizlik xidməti əməkdaşı qoruyub.

Obama Əfqanıstanda və İraqda başa çatmamış müharibə, maliyyə böhranı kimi çətin problemlər qarşısındadır.

Obama dünyaya bütün səsləri dinləyən yeni bir Amerika vəd edir. Müsəlman dünyasına müraciət edən Obama bildirib ki, “biz qarşılıqlı maraqlarımıza uyğun yeni yollar axtarırıq”.

Andiçmə mərasimindən fotolar:


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG