Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Avropa Komissiyası Ermənistana əlavə yardımlar ayırmağı planlaşdırır


Avropa Birliyi hələlik Ermənistana yardım üçün münasib fond tapa bilmir

Avropa Birliyi hələlik Ermənistana yardım üçün münasib fond tapa bilmir

Avropa Komissiyası Ermənistana əlavə yardımlar ayırmağı planlaşdırır. Komissiyadan bildiriblər ki, regional təcriddən əziyyət çəkən Ermənistana əlavə yardımlar lazım olduğunu düşünürlər.

Avropa Komissiyasının Xarici Əlaqələr Komitəsinin baş direktoru Eneki Landaburu yanvarın 20-də Brüsseldə deyib ki, Avropa Birliyi hələlik Ermənistana yardım üçün münasib fond tapa bilmir: «Bu doğrudur ki, indiyə qədər Avropa Birliyi Ermənistanın infrastrukturuna investisiyalar üçün yaxşı bir təklif verə bilməyib. Ölkənin inkişaf qabiliyyətini artırmaq və düşdüyü təcrid şəraitində bu cür yardımlar vacibdir».

Landaburu bildirir ki, onun rəhbərlik etdiyi Komitə qarşıdakı dörd ildə şərq qonşularına yardım üşün öz ehtiyatlarından 350 milyon dollar xərcləməyə Avropa Birliyi ölkələrin razılığını istəyib. Bu pulun da bir hissəsinin iqtisadi inkişaf və iş yerlərinin açılması üçün Ermənistanda infrastruktur layihələrinə xərclənməsi nəzərdə tutulur.

Bununla belə, Landaburu onu da əlavə edib ki, Avropa Birliyi Ermənistanın bütün çətinliklərinə çarə tapmalı deyil. Avropa Birliyi ilə sıx əlaqələr qurmazdan əvvəl Yerevan öz qonşuları olan Azərbaycan və Gürcüstanla problemlərini həll etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG