Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:53

«Hara şikayətə gedirəmsə, eşidən yoxdu»


«Azadlıq» radiosunun «Qaynar xətt»inə 436-77-41 nömrəli telefona zəng etməklə problemlərinizi bildirə bilərsiniz
«Azadlıq» radiosunun «Qaynar xətt»inə 436-77-41 nömrəli telefona zəng etməklə problemlərinizi bildirə bilərsiniz
2003-cü ildə Ukraynadan Azərbaycana biznes qurmağa gəldiyini deyən Ədalət Bağırovun iddiasına görə, vəzifəli şəxslər onun arzularını alt-üst ediblər. Ədalət Bağırov deyir ki, o, Bakının «NZS» adlanan yaşayış massivində avtobazanın səhmlərini alıb.

Cəmiyyətin 62 faiz səhminin sahibi kimi həm də quruma rəhbərlik edib. Amma bir müddətdən sonra digər səhmdar, cəmiyyətin 30 faiz səhminə sahib olan Nazim Məmmədovla toqquşub. Ədalət Bağırov deyir ki, Nazim Məmmədov Milli Məclisə üzv seçiləndən sonra onu avtobazadan uzaqlaşdırıb:

«Nazim Məmmədov qarajın qapısına mühafizəçi qoyub. Məni ora buraxmırlar. Hara şikayətə gedirəmsə, eşidən yoxdu. Nazim Məmmədov mənə deyir ki, bu yer Mehriban Əliyevanındır. Mən Heydər Fonduna da müraciət etdim. Mehriban xanımın köməkçisi mənə cavab verdi ki, bu yerə onların aidiyyəti yoxdur».

Ədalət Bağırov deyir ki, indi onun səhmlərinə həbs qoyulub. Məsələ ilə bağlı Nazim Məmmədovla əlaqə saxladıq. Nazim Məmmədov həqiqətən də bu qurumun səhmdarlarından biri olduğunu dedi:

«- Bir qrup səhmdar mənə müraciət etdi. Mən də deputat səlahiyyətlərimdən istifadə edib onların problemini həll etməyə çalışmışam.

- Nazim müəllim, sizin bu qaraja hansısa bir bağlılığınız varmı?

- Əlbəttə. O, qaraj deyil, müəssisədir. Mən də bu müəssisənin 30 faizinin sahibiyəm. Ədalət Bağırov müəssisəni yeyib-dağıdıb. Səhmdarlar bir qəpik də divident almayıb. Ona görə də səhmdarlar yığışıb onu idarə heyətinin sədrliyindən azad etdilər».

Bu söhbətdən sonra qurumun bir səhmdarı, sovet dövründə müəssisənin rəhbəri olduğunu söyləyən Aydın Xıdırov bizimlə əlaqə saxladı. Dedi ki, Ədalət Bağırov onun əmisi oğludur və müəssisə özəlləşdirilməyə çıxarılanda səhmin 60 faizini onun adına alıb. Ədalət Bağırov da sonradan bu səhmlərin onun olduğunu iddia edir. Bunu deyən Aydın Xıdırovun sözlərinə görə, onlar auditor dəvət edib müəssisənin gəlirini hesablayıb. Məlum olub ki, orta aylıq gəlir 15-18 min manat arasındadır.

Səhmdarlar arasında bu mübahisənin hüquqi həlli necədir? Hüquqşünas Nemət Heydərov deyir ki, əgər səhmdar Ədalət Bağırov müvafiq qanuna uyğun olaraq səhmdarların iclasını keçiribsə, əldə olunan gəlirin bölüşdürülməsinə və ya investisiya kimi yatırılmasıyla bağlı qərarlar varsa, onda o, məhkəmə yoluyla öz hüquqlarını bərpa edə bilər.

Buna da bax:

XS
SM
MD
LG