Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

N.Məhərrəmli: «Xarici radiolara FM verilməsi mümkün deyil»


«Biz 2007-ci ildə xarici radiolara verdiyimiz FM tezliyini geri almışıq. Ancaq bu, radiostansiyaların verilişləri FM tezliyinə lisenziya alana qədər necə yayımlanırdısa elə də davam də bilər. Yəni İnternet, kabel şəbəkəsi və qısa dalğalar vasitəsilə də yayımlana bilər. Ancaq onlara FM dalğalarının verilməsi mümkün deyil. FM dalğaları Azərbaycan dövlətinin milli resursudur və onun kimə verilməsini də dövlət özü müəyyənləşdirir».
Milli Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli belə deyib.

O, bildirir ki, indiki dövrdə vəziyyətdən çıxış yolu kimi onlar bu radiostansiyalara qısa dalğaları təklif edirlər.

Şura sədri deyir ki, xarici radiostansiyaların FM tezliyinin bağlanmasına dair danışıqlar Beynəlxalq Yayım İttifaqının nümayəndələri ilə fevralın əvvəllərində davam etdiriləcək.

MTRŞ Azərbaycanda fəaliyyət göstərən üç xarici radionun - «Azadlıq», «Amerikanın səsi» və BBC-nin milli tezlikdə yayımını bu ilin yanvarın 1-dən dayandırıb. Şura hesab edir ki, xarici radioların milli tezlikdə yayımı yerli qanunvericiliyə ziddir.
XS
SM
MD
LG