Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

«Millət kimi azad olduq, fərd kimi azad olmalıyıq»


Bahəddin Həziyev, Rauf Zeyni və Tahir Cəfərov

Bahəddin Həziyev, Rauf Zeyni və Tahir Cəfərov

Dinlə

«20 yanvar Azərbaycan xalqı üçün mübarizə idi. Biz bu mübarizədən qalib çıxdıq»-, «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı olan Milli QHT Forumunun prezidenti Rauf Zeyni belə deyib.

«Həmin vaxt biz qorxu hiss etmirdik. Bu hiss içimizdə ölmüşdü. Biz həmin vaxt baş verənləri, həlak olan insanların xatirəsini unutmamalıyıq. Çünki unutqanlıq faciəmizdir».

«Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev deyib ki, faciə günü tökülən qanlar hədər getmədi:

«Millət olaraq azad olduq. Amma fərd olaraq azad olmaq lazımdır, hər bir vətəndaşın azad yaşaması vacibdir. Müstəqil olan dövlət gərək demokratik və sivil dövlət ola».

20 yanvar faciəsi günündə baş verənlər fotolentə alan fotoqraf Tahir Cəfərov isə Salyan kazarması ətrafında çəkiliş apararkən üzləşdiyi mənzərədən danışdı:

«Mən çəkiliş apardığım xəstəxanaya atılan güllələr əməliyyat otağının pəncərəsini sındırmışdı. Salyan kazarmasının qarşısında şəhidlərin qanı torpaqla qarışmışdı. Çox adam bunu çəkib qaçırdı. Çünki orda hasarın üstündə bir nəfər avtomatla hər yerə güllə yağdırırdı. Mən yalnız bu yaxınlarda həmin şəkilləri tədqiq edəndə görmüşəm ki, bu fotolarda arxa fonda meyitlər görünür. Onların üstünü taxta ilə örtüb gizlətmək istəyiblər».

Qonaqlar Şəhidlər Xiyabanında həm 20 yanvar faciəsi, həm də bundan əvvəl həmin məzarlıqda dəfn olunan insanların xatirəsinə hörmət əlaməti olaraq iri bir abidə qoyulmasını təklif etdilər.

Şərhləri göstər

XS
SM
MD
LG