Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:29

«Milyonlarla azərbaycanlı Rusiyadan çıxarıla bilər»


«Əgər Rusiya hökuməti bu mövqedə ciddi durarsa, bu siyasət Rusiyada işləyən xaricilər üçün zərbə olacaq»
«Əgər Rusiya hökuməti bu mövqedə ciddi durarsa, bu siyasət Rusiyada işləyən xaricilər üçün zərbə olacaq»
«Bizim Yol»: «Rusiya hökuməti ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri üçün xarici işçilərin kvotasını sıfıra endirməklə bağlı qərar qəbul edib. Lent.az-ın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, təşkilatlara və iş adamlarına xaricilərin sayını hökumətin qərarına uyğunlaşdırmaq - onları işdən çıxartmaq tapşırığı verilib.

Qeyd edək ki, hökumət hələ 2007-ci ildə xaricilərin bazarlarda işləməsini qadağan edən qərar qəbul edib. Onlar üçün ayrılan 40 faizlik kvota ləğv edilmişdi.
Kvotanın müəyyən edilməsi üzrə yeni sistemə görə, ölkə iqtisadiyyatı və onun ayrı-ayrı sahələri üçün tələb olunan xaricilərin sayını hökumət və Səhiyyə və Sosial İnkişaf Nazirliyi müəyyən edir.

Bu siyasətin heç də Azərbaycan üçün müsbət nəticələnməcəyini deyən iqtisadçı ekspert Akif Nəsirli həmin ölkədə yaşayan soydaşlarımız problemlərlə üzləşəcəyini bildirdi: «Əgər Rusiya hökuməti bu mövqedə ciddi durarsa, bu siyasət Rusiyada işləyən xaricilər üçün zərbə olacaq. Öncəki illərdə də bu tip qərar çıxarılmışdı, amma heç bir effekt vermədi. Bu dəfə onlar qərarında ciddi olsa, oradakı həmvətənlərimiz ya Rusiya vətəndaşlığını qəbul edəcək, ya da Azərbaycana qayıdacaq. Bu isə Azərbaycan hökumətinin qarşısında yeni işsizlər ordusunun yaranması deməkdir. İşsizlik problem yaranarsa, siyasi problemlər də gündəmə çıxacaq».

«Azadlıq» qəzeti yazır ki, hakimiyyətdə Milli Məclisin spikeri Oqtay Əsədova qarşı münasibət dəyişib. Buna səbəb spikerin sabiq iqtisadi inkişaf naziri Heydər Babayevlə qohumluq əlaqələridir. Heydər Babayevlə kirvə olan Oqtay Əsədov artıq qohumuna görə ona da münasibətin dəyişdiyini hiss edir.

«…Oqtay Əsədovun indi iki yolu var. Ya o Məhərrəm Əliyevin yolunu getməlidir, ya da qohumundan imtina etməlidir. Xatırladaq ki, sabiq səhiyyə nazirinin qudası olan Bakı polisinin sabiq rəisi Məhərrəm Əliyev sona kimi qohumunu müdafiə etdi. Sonda onu da səfir adı ilə Tacikistana sürgünə göndərdilər».

«Yeni Müsavat»: «İl dəyişdi, amma hakimiyyət dəyişmədi: həmin aparat, həmin kabinet, köhnə nazir, köhnə məmur... həmin rejim, həmin idarəçilik, köhnə üsul, köhnə metod... Milli Məclis də ki, nə ətdi, nə balıq, elə belə... şunu apar, şunu gətir. Dışardan belə görünür, bəs içəridən?»- İbrahim İbrahimli «Hakimiyyət xalqdan niyə qorxur?» sərlövhəli köşə yazısında belə yazır.
«Ölkə başdan-ayağa, ayaqdan-başa QORXU içində yaşayır: aşağılar yuxarıdan, yuxarılar aşağıdan qorxur. QORXU özünümüdafiə instinktini-mexanizmini işə salır: qeyri-iradi, qeyri-məntiqi, qeyri-şüuri hərəkətlər doğurur. Son zamanlar hakimiyyətin atdığı bütün addımlar - jurnalistlərin həbsdən buraxılmaması, xarici radioların qapadılması, məscidlərin bağlanması və s. məhz QORXUdan - özünümüdafiədən irəli gəlir».

«Yeni Azərbaycan» yazır ki, «20 yanvar beynəlxalq hüquqi qiymət almasa da, azadlıq mübarizələri tarixində yerini tutub». «…Kütləvi insan itkisi ilə nəticələnən terror aktları sırasında insanlıq əleyhinə yönəlmiş 20 yanvar faciəsinin də mahiyyətinə və miqyasına görə xüsusi yeri var. Buna baxmayaraq insan hüquqlarının kütləvi sürətdə pozulduğu bu faciəyə hələ də beynəlxalq hüquqi qiymət verilməyib».

«Azərbaycan»: Mərkəzi Seçki Komissiyasının qərarı ilə martın 18-də keçiriləcək referendumla bağlı təşviqat qruplarına bir sıra KİV-lərdə ödənişsiz yer ayrılmasına qərar verib. Bunlar İctimai televiziya və radio, «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetləridir. «Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG