Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:08

Azərbaycan 20 yanvar faciəsini anır


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya daxil olaraq, dinc əhalini gülləboran edib

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya daxil olaraq, dinc əhalini gülləboran edib

Azərbaycanda 20 yanvar faciəsinin 19-cu ildönümü qeyd olunur. Bununla bağlı ölkədə matəm elan olunub.
Prezident İlham Əliyevin başçılığı ilə nazirlər və hökumət nümayəndələrinin səhər saatlarında Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bakı vaxtı ilə günorta saat 12-də bütün ölkə ərazisində bir dəqiqəlik anım sükutu elan olunub.

Bu gün Bakı polisi də ciddi rejimdə işləyir. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Şəhidlər Xiyabanı yaxınlığında, Əzizbəyov heykəlinin yanından Teleteatra qədər olan ərazidə avtomobillərin hərəkəti dayandırılıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya daxil olaraq, dinc əhalini gülləboran edib. Hadisə nəticəsində 130-dan çox adam həlak olub, 700-dən çoxu yaralanıb.

19 il keçməsinə baxmayaraq, bu hadisəyə hələ də hüquqi qiymət verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG