Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:44

Rusiyada vəkil və jurnalist qətlə yetirildi


Yanvarın 19-da Moskvada vəkil və jurnalist güllələnərək qətlə yetirilib.

Vəkil Stanislav Markelov 2000-ci ildə qətlə yetirilmiş 18 yaşlı çeçen qız Elza Kungayevanın ailəsinin hüquqlarını qoruyurdu. O zaman Elzanın qətli Çeçenistanda ciddi etirazlara səbəb olmuşdu. Bu ayın əvvəlində onun qətlində ittiham edilən zabit Yuri Budanov vaxtından əvvəl azadlığa buraxılmışdı.

Onun azadlığa buraxılmasına etiraz edən vəkil və “Novoy Qazetı” qəzetinin əməkdaşı Anastasiya Baburova isə yanvarın 19-da Moskvada güllələndi. Vəkil aldığı yaradan yerində, jurnalist isə xəstəxanada dünyasını dəyişib.

“Novoy Qazetı” qəzetinin redaktoru bildirib ki, mərhum jurnalistin ölümündən bir neçə saat əvvəl vəkildən götürdüyü müsahib artıq onlardadır və qəzet həmin müsahibəni çap edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG