Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41
«Azadlıq» BBC və «Amerikanın səsi» radiolarının FM tezliyinə qayıtması vacibdir».

Bu sözləri yanvarın 19-da Bakıda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza söyləyib. O deyib ki, radioların FM tezliyinə qaytarılması məsələsini prezident İlham Əliyevlə müzakirə edib və məsələnin müsbət həlli imkanları qalmaqdadır:

«Mənim prezident Əliyevlə bu gün ayrıca apardığım müzakirələrdən sonra bir növ əminlik yaranıb ki, bu məsələnin həlli yolu tapmaq mümkündür. «Azadlıq» və «Azad Avropa» radioları çox vacib məlumat mənbələridir. «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının öz yayımlarını FM tezliyində davam etdirmələri çox vacibdir».

Milli Televiziya və Radio Şurası (MTRŞ) 2009-cu il yanvarın 1-dən xarici radioların milli tezliklərdə yayımını dayandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG