Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:07

«Hədəf» tutuldu


 «Hədəf» Gənclər Koalisiyasında 7 gənclər təşkilatı birləşib

«Hədəf» Gənclər Koalisiyasında 7 gənclər təşkilatı birləşib

«Hədəf» Gənclər Koalisiyasının İsrailin Bakıdakı səfirliyi qarşısındakı aksiyasını polis dağıdıb.

Aksiyanın 15 iştirakçısından 10-u Yasamal rayonu 27-ci Polis Bölməsinə aparılıb.

İki saat sonra koalisiyanın rəhbəri Ağasif Şakiroğlundan başqa, digər aksiyaçılar buraxılıb.

«Hədəf»in rəhbəri isə hələ də bölmədədir.

Ağasif Şakiroğlunun «Azadlıq» radiosuna dediyinə görə, bölmədə aksiya iştirakçılarının bir neçə formada 3x4 ölçüdə şəkilləri çəkilib, barmaqları və əllərinin ortası qara mürəkkəbə batırılıb.

«Hədəf» Gənclər Koalisiyası Qəzzada baş verənlərə etiraz və ölənlərin xatirəsi üçün İsrail səfirliyi qarşısına qərənfil qoymağı planlaşdırırdı.

«Hədəf» Gənclər Koalisiyasında 7 gənclər təşkilatı birləşib.

İsrailin Qəzzaya hücumları ilə bağlı bundan əvvəl Bakının Nardaran kəndində də bir neçə dəfə etiraz aksiyaları keçirilib.

İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar zamanı 1000-dən insan həlak olub, 6000 insansa yaralanıb.

Rəsmi Tel-Əviv bu əməliyyatların antiterror xarakteri daşıdığını bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG