Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:10

Səsvermənin gücü


«Vaşinqton Post» yazır ki, Obamaya təsir edəcək daha güclü arqument insan ləyaqəti olacaq
«Vaşinqton Post» yazır ki, Obamaya təsir edəcək daha güclü arqument insan ləyaqəti olacaq
İnsan haqları fəalları anlayırdılar ki, seçki, siyasi hakimiyyət gəlirlərin bərabərsizliyinə, məhkəmənin ədalətsizliyinə son qoymaq, eləcə də başqa yaraları sağaltmaq üçün ilkin şərtdir. Amma Obama administrasiyası, xarici siyasətdə, deyəsən başqa fəlsəfəyə arxalanır; iqtisadi inkişaf, qadın haqları və ədalətli məhkəmə daha vacibdir. «Vaşinqton Post» yazır ki, Obamanın Amerika siyasəti anlayışı Amerikanın təhlükəsizliyi üçün böyük səhv ola bilər.

Prezident Corc Buş amerikalıların əksəriyyətini, xüsusilə də demokratları çox qəzəbləndirdi. Onun bütün dünyada demokratiyanı yaymaq barədə vədləri, İraqda kütləvi qırğın silahı tapmayıb, müharibəni demokratiya ilə izah etməsi, əcnəbi məhbuslarla davranışda Amerika ənənələrinə xəyanəti, Misirin demokratlarına yaxın durmaması - bütün bunlar Buşun nüfuzuna təsir edib.
Bəlkə də ona görə yeni dövlət katibi Hillari Klinton təyinatı elan olunan gün etdiyi çıxışında demokratiyadan başqa hər şeydən danışırdı. Müttəfiqləri artırmaqdan tutmuş, terrorla mübarizə, xəstəliklərlə mübarizə, qadınların haqlarının qorunması, tərbiyəyə qədər hər şeydən bəhs etdi, amma seçki, azadlıq, insan haqları, özünüidarə barədə söz demədi. Klinton belə davam etsə, tək Buş yox, həm də həyat yoldaşı, Buşdan əvvəl prezident olmuş Bill Klintonun da əksinə getmiş olar. Məhz Bill Klinton 1994-cü ildə demişdi ki, təhlükəsizliyi və sülhü təmin etməyin ən yaxşı yolu başqa ölkələrdə də demokratiyaya yardım etməkdir.

Keçən həftə, Barak Obama «Vaşinqton post»un qonağı olanda müəllif Fred Hayet bu məsələyə toxunub, yeni administrasiyanın siyasi prioritetləri sırasında demokratiyanın yayılması ideyasının yerini soruşub. Obama bildirib ki, «demokratiyaya yardım xarici siyasətin mərkəzində olmalıdır. Çünki, Amerikanı Amerika edən budur. Demokratiya Amerikanın ixrac etdiyi ən yaxşı məhsullardan biridir».

Obama onu da deyib ki, Buş səhvən seçkiylə demokratiyanı eyniləşdirir. Amma seçki hələ demokratiya deyil. Hillari Klinton da eyni məsələdən narahatlığını bildirib, deyib ki, seçki demokratiyanın dayağı olan institutlardan—güclü qanunverici orqandan, müstəqil məhkəmədən, azad mətbuatdan, vətəndaş cəmiyyətindən, ədalətli polisdən, qanunun aliliyindən irəli qoyulursa, istənilən nəticəni vermir.

Obamanın dünya və dünyada Amerikanın rolu barədə fikirlərinə gəlincə, müəllif əmindir ki, yeni prezident özünüidarə məsələsini prioritet seçəcək. Obamaya təsir edən yalnız demokratik cəmiyyətlər barədə araşdırmalar - demokratların daha yaxşı iş görməsi, inkişafa, sülhə tez çatması barədə araşdırmalar olmayacaq. Obamaya təsir edəcək daha güclü arqument insan ləyaqəti olacaq. Hər bir insan - varlı, ya kasıb fərqi yoxdur, öz ölkəsində söz sahibi olmaq istəyir. Heç bir şey, heç bir səbəb bu təbii insan haqqının təmin olunmasının qarşısını ala bilməz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG