Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:41

«Azərbaycanda korrupsiyanın kökünü kəsmək mümkün deyil»


Vasif Mövsümov, Əliməmməd Nuriyev və Sevgim Rəhmanov

Vasif Mövsümov, Əliməmməd Nuriyev və Sevgim Rəhmanov

Dinlə

Korrupsiyanın kökünü kəsmək mümkün deyil, onu yalnız məhdudlaşdırmaq olar. Bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev deyir. Onun fikrincə, nə qədər dövlət aparatı, ictimai münasibətlər mövcuddursa, onda həmişə korrupsiya olacaq:

«Azərbaycanda artıq korrupsiya mədəniyyəti formalaşıb. Bunun əsaslarını dağıtmaq lazımdır. Korrupsiyadan şikayət edən vətəndaşların bir çoxu sonradan məmurla sövdələşməyə gedib şikayətindən imtina edir».

Tacirlər və İstehsalçılar İctimai Birliyinin rəhbəri Sevgim Rəhmanov bildirdi ki, Azərbaycan bəzən vergi yükünün ağır olması da korrupsiyaya yol açır:

«Məsələn, 3 ay ərzində dövriyyəsi 22.500 manatdan aşağı olan müəssisələr sadələşdirilmiş vergi verirlər. Halbuki, ən kiçik mağazanın dövriyyəsi ayda 10 min manat olur. Sahibkarlar da artıq vergidən yayınmaq üçün malların hamısını kassaya vurmurlar. Vergi müfəttişləri tərəfindən yaxalananda isə ya cərimə, ya da rüşvət verib yaxalarını qurtarırlar».

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov dedi ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda korrupsiya aşağılarda - vətəndaşlarla daim əlaqədə olan inzibati orqanlarda daha çox yayılıb:

«Biz mübarizə üçün diqqəti regionlara yönəldirik. Çünki Bakıda, həmçinin bəzi rayonlarda - Gəncə və Xaçmazda vətəndaşlar daha aktivdir, onlardan daha çox şikayət gəlir. Amma bu da korrupsiyanın səviyyəsinin azalmasına xidmət etmir. Çünki vətəndaşların müqaviməti artdıqca, korrupsiyalaşmış məmurların da müqaviməti artır».

Şərhləri göstər

XS
SM
MD
LG