Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:40

«Çirkli» pulların «yuyulması»na qarşı mübarizə pis aparılır»


Şübhəli pul köçürmələri haqqında informasiyanın tənzimlənməsi üzrə qanun yoxdur

Şübhəli pul köçürmələri haqqında informasiyanın tənzimlənməsi üzrə qanun yoxdur

Avropa Şurasının «çirkli» pulların «yuyulması» və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin qiymətləndirilməsi üzrə ekspertlər komitəsi (MONEYVAL) Azərbaycandakı vəziyyətlə bağlı ikinci məruzəsini dərc edib.

240 səhifəlik sənəddə «çirkli» pulların «yuyulması» və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə beynəlxalq və Avropa standartlarının tətbiqinin təhlili yer alıb.
Məruzə Azərbaycanda tətbiq edilən tədbirlərin bu standartlara uyğunluğunu qiymətləndirir.
Bura «çirkli» pulların «yuyulması» və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi üzrə Fəaliyyət Planı daxildir.

Məruzədə qeyd edilən əsas nəticələr belədir:

Azərbaycanda hələ də «çirkli» pulların «yuyulması» və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə zəruri qanunvericilik və beynəlxalq standartlara cavab verən maliyyə kəşfiyyat orqanı yoxdur.
Eyni zamanda, risklərin məhdudlaşdırılması üçün bəzi preventiv tədbirlər görülüb. Lakin atılmış addımlar (əsasən Milli Bank və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) məhdud olub, natamam xarakter daşıyıb və adı çəkilən təzahürlərə qarşı mübarizə üzrə hərtərəfli qanunu əvəz edə bilməz.
«Azərbaycan hakimiyyəti yubanmadan belə qanun qəbul etməlidir», - deyə məruzənin tövsiyələrində qeyd edilib.

Azərbaycan Vyana və Palermo konvensiyalarını və Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə Konvensiyasını təsdiq edib.
Pulların «yuyulması» faktlarının aşkarlanması prosesi yaxşılaşıb. Lakin cinayətkarlığa qarşı mübarizədə bir çox qeyri-müəyyənliklər var.
Qismən ona görə ki, mövcud qanunvericilik və yuxarıda adı çəkilən konvensiyalar arasında ciddi fərq qalmaqdadır. İndiyədək pulların «yuyulması» faktları üzrə araşdırmalar və ittihamedici məhkəmə hökmləri olmayıb.

Müsadirə edilmiş məbləğlər ildən-ilə artır, lakin belə bir təəssürat yaranır ki, korrupsiya işləri üzrə müsadirə haqqında qərarların əksəriyyəti həyata keçirilmir.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təmin edilməsi üzrə bəzi addımlar atılıb, lakin müvafiq qanunvericilik qurumunun yaradılması gündəlikdə qalmaqdadır.

Milli Bankın tərkibində «çirkli» pulların «yuyulması» üzrə şöbə maliyyə kəşfiyyatının yalnız bəzi funksiyalarını yerinə yetirir.
Şübhəli pul köçürmələri haqqında informasiyanın tənzimlənməsi üzrə qanun yoxdur.
«Milli Bank hüquq-mühafizə orqanlarını 2007-ci ildə 500 şübhəli pul köçürülməsi faktı barədə məlumatlandırıb, lakin pulların «yuyulması» halları olmayıb», - deyə məruzədə qeyd edilib. /Turan/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG