Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:08

Partlayışla bağlı bir nəfər saxlanıb


Beşmərtəbəli binada baş vermiş partlayış nəticəsində 5 nəfər həlak olub, 10 nəfərsə xəsarət alıb

Beşmərtəbəli binada baş vermiş partlayış nəticəsində 5 nəfər həlak olub, 10 nəfərsə xəsarət alıb

Yanvarın 16-da Nəsimi rayonu Cavadxan küçəsi 30 ünvanında yerləşən binada baş vermiş partlayışla bağlı 1988-ci il təvəllüdlü Şirvan şəhər sakini Orxan Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə «Turan»a Bakı şəhər Prokurorluğundan bildiriblər.

Məlumata görə, O.Əliyev partlayış baş vermiş binadakı mənzillərdən birində qohumunun evində müvəqqəti yaşayırmış.

Faktla bağlı açılmış cinayət işi üzrə istintaq davam edir.

Beşmərtəbəli binada baş vermiş partlayış nəticəsində 5 nəfər həlak olub, 10 nəfərsə xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG