Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:42

İsrail Qazzanı tərk edir


Qərbli diplomatların hesablamalarına görə Qəzzanın bərpasına milyard yarım dollardan çox vəsait lazımdır

Qərbli diplomatların hesablamalarına görə Qəzzanın bərpasına milyard yarım dollardan çox vəsait lazımdır

İsrail 3 həftə idi Qəzzada hərbi əməliyyat aparırdı. Yanvarın 18-də isə birtərəfli atəşkəs elan edib. İsrailin baş naziri Ehud Olmert Avropa liderləriylə birgə çıxışında deyib ki, onlar Qəzzadan mümkün qədər tez çıxmaq istəyirlər.
İsrail bildirir ki, Qəzzada məqsədinə çatıb, İsrail ərazisinə raket atan Haması zəiflədib.

Hamas isə son münaqişəni böyük qələbə adlandırıb.

20 gündən çox çəkən münaqişədə 1300 fələstinli öldürülüb. Qərbli diplomatların hesablamalarına görə Qəzzanın bərpasına milyard yarım dollardan çox vəsait lazımdır.

Birləşmiş Ştatlar Qəzzada atəşkəsin elan olunmasını alqışlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG