Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:35

Şahnaz Qulami girov müqabilində azadlığa buraxılıb


Hüquq müdafiəçisi, jurnalist və milli fəal Şahnaz Qulami həbsdən azad edilib. Bu haqda məlumat Dünya Azərbaycanlıları Konqresinin saytında yerləşdirilib. Qulaminin 20000 ABŞ dolları girov müqabilində həbsdən buraxıldığı bildirilir.
Məlumatda daha sonra deyilir ki, Ş.Qulaminin yenidən həbs edilməsi və ya azadlığa buraxılacağı bu yaxınlarda keçiriləcək məhkəmədə həll olunacaq.
Bir müddət əvvəl Təbriz İnqilab Məhkəməsi Şahnaz Qulami barəsində 6 aylıq həbs qərarı çıxarmışdı. O, İran Azərbaycanında baş verən hadisələrdən yazmaqda təqsirli bilinmişdi.

Şahnaz Qulami əvvəllər də bir neçə dəfə həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG