Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Yuri Merzlyakov Bakıya gəlib


Yanvarın 18-də ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Azərbaycana gəlib. Həmsədr deyib ki, yanvarın 19-da Bakıda keçiriləcək müzakirələrdə münaqişənin nizamlanmasına dair baza prinsipləri müzakirə olunacaq.
Y.Merzlyakov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair bu il razılaşma sənədinin tam hazırlanacağına ümid etdiyini bildirib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun amerikalı və fransalı həmsədrləri də müzakirələrdə iştirak edəcəklər.
Bundan sonra həmsədrlər Ermənistana gedəcəklər. Səfər çərçivəsində həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər nazirləri və prezidentləri ilə görüşəcək həmsədrlər hər iki tərəflə münaqişənin sülh yolu ilə nizamlanmasının yollarını və bu ölkələr arasında kompromisin əldə olunmasi şərtlərini müzakirə edəcəklər.
/ANSPRESS/

Günün bütün mövzuları

XS
SM
MD
LG