Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14
Futbol üzrə Azərbaycan çempionu «İnter» «Birlik kuboku» turniri çərçivəsində ikinci oyununu qələbə ilə başa vurub.
Yanvarın 18-də Moskvanın «Olimpiyski» manejində Finlandiyanın «İnter» klubu ilə qarşılaşan Bakı klubu 3-1 hesabı ilə qalib gəlib.
Azərbaycan çempionunun heyətində qolları Andrey Rubin, Xəqani Məmmədov və Quqlemon hesabına yazıblar. Sonuncu qol penaltidən vurulub.
Finlərin təsəlli qolunu Seppala hesabına yazıb.
«İnter» yanvarın 17-də keçirilən ilk oyunda Qırğızıstan çempionu «Dordoy-Dinamo» ilə heç-heçə etmişdi – 0:0.

Qrupun digər qarşılaşmasında isə Latviyanın «Ventspils» klubu «Dordoy-Dinamo»ya qalib gəlib - 1:0

Hazırda D qrupuna 6 xalla «Ventspils» rəhbərlik edir. «İnter» 4 xalla ikinci yerdə qərarlaşıb.

«Dordoy-Dinamo»nun 1 xalı var. Finlandiyanın «İnter» klubu isə hələ ki, hesabına xal yaza bilməyib.

Azərbaycan çempionu yanvarın 20-də qrupun lideri «Ventspils»lə qarşılaşacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG