Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

«İnter» «Dordoy-Dinamo» ilə bacarmadı


Yanvarın 17-də Moskvada «MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku» turniri start götürüb.

Azərbaycanı təmsil edən «İnter» ilk oyunda Qırğızıstan çempionu «Dordoy-Dinamo» ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 0:0.

«İnter» qrupda növbəti matçını yanvarın 18-də Finlandiyanın «İnter» klubuna qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtilə saat 14:00-da başlayacaq.

A qrupu: «Rubin» (Rusiya), «Ararat» (Ermənistan), «Aktobe» (Qazaxıstan), «Paxtakor» (Özbəkistan)

B qrupu: «Aşqabad» (Türkmənistan), «MTZ-RİPO» (Belarus), «Ekranas» (Litva), Rusiyanın gənclər yığması

C qrupu: «Şaxtyor» (Ukrayna), «Şerif» (Moldova), «Levadiya» (Estoniya), «Reqar-TadAZ» (Tacikistan)

D qrupu: «İnter» (Azərbaycan), «Ventspils» (Latviya), «Dordoy-Dinamo» (Qırğızıstan), «İnter» (Finlandiya)
XS
SM
MD
LG