Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:05

Gürcüstan azərbaycanlıları aksiya keçiriblər


Gürcüstan azərbaycanlıları Gürcüstan sərhədində - «Qırmızı körpü» nəzarət-buraxılış məntəqəsinin yaxınlığında etiraz aksiyası keçiriblər.
200-ə yaxın etirazçı bir neçə il əvvəl bağlanmış bazarın bərpasını tələb ediblər.

«Qırmızı körpü»nün yaxınlığında yerləşən bu bazarda Azərbaycan, Gürcüstan və Ermənistan sakinləri ticarət edirdilər. Bazar bir neçə il əvvəl qadağan olunmuş malların satışına görə bağlanıb.

Aksiya iştirakçıları Gürcüstan prezidentinə müraciət ediblər ki, bu ərazidə ticarətin təşkilinə yardım etsin. / Trend /
XS
SM
MD
LG