Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:02

Lavrov: «Rusiya Ermənistana silah-sursat ötürməyib»


Yanvarın 16-da Rusiyanın təşəbbüsü ilə bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovla onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, telefon danışığı zamanı Rusiyanın Ermənistana hərbi texnika və sursat verməsi məsələsi müzakirə edilib.

S.Lavrov Rusiya Xarici İşlər Nazirliyinin Baş Qərargahla birlikdə məsələ ilə bağlı araşdırma apardığını bildirib. O həmkarına deyib ki, 2008-ci il ərzində Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissə də daxil olmaqla, Rusiya bu respublikaya rəsmi şəkildə hər hansı silah-sursat ötürməyib.

Tərəflər bu məsələnin daha ətraflı aydınlaşdırılması istiqamətində məsləhətləşmələri davam etdirməklə bağlı razılığa gəliblər.
XS
SM
MD
LG