Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:59

Rusiya indi də “texniki qaz”ın pulunu müştəridən istəyir


Rusiyanın baş naziri Vladimir Putin Avropadakı müştərilərinə qaz verilməsinə indi də daha bir şərt qoyur. Yanvarın 16-da o, Almaniya, İtaliya və Fransanın qaz şirkətlərinin təmsilçiləri ilə görüşündə qaz nəqli sistemi üçün işlədilən və "texniki qaz" adlanan qazın da pulunu ödəməyi təklif edib. Hələlik, müştərilərdən bu təklifə rəsmi cavab məlum deyil.

Putin sabah da Ukraynanın baş naziri Yuliya Timoşenko ilə görüşüb problemi müzakirə etməlidir. Avropa Komissiyasından deyiblər ki, bu görüş onlar üçün sonuncu şansdır. Avropa Birliyi xəbərdar edib ki, indiki qaz mübahisəsi biznes tərəfdaşı kimi Rusiya ilə Ukraynın etibarına olduqca aşağı salır.

Kiyevlə Moskva Avropaya göndərilən qazın kəsilməsində bir-birini ittiham edirlər. Yanvarın əvvəlindən Rusiya qazın qiymətləri və köhnə borclara görə Ukraynanın qazını kəsib. Ondan sonra Ukraynanı öz ərazisindən Avropaya gedən qaz kəmərindən oğurluqda ittiham edərək Avropanın da qazını kəsib. Ukrayna ittihamları rədd edir.
XS
SM
MD
LG