Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:23

Parlamentin binasına yumurta və daş atıblar


Yanvarın 16-da Litvada polis parlamentin binası qarşısına toplaşan mitinqçilərin dağıdılması üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

7 000 minə yaxın adamın toplaşdığı mitinqdə parlamentin binasına yumurta və daş atıblar. Mitinqçilər hökumətin sosial xərcləri kəsməsinə və iqtisadi böhrana görə vergiləri artırmasına etiraz edirlər.

Polis 80 nəfərin saxlandığını, 20 nəfərin yaralandığını bildirib.

Ölkənin baş naziri etirazlara baxmayaraq, hökumətin öz planlarını həyata keçirəcəyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG