Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:50

Partlayışın qaz sızmasından baş verdiyi sübuta yetirilib


«Memar Əcəmi» stansiyasının yaxınlığındakı «Planet» aptekinin arxasındakı 5 mərtəbəli binada partlayış olub

«Memar Əcəmi» stansiyasının yaxınlığındakı «Planet» aptekinin arxasındakı 5 mərtəbəli binada partlayış olub

Partlayışın 60-cı mənzildə qaz sızmasından baş verdiyi sübuta yetirilib.

Bunu APA-ya Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin rəisi Tahir Əliyev deyib. O bildirib ki, mənzildə qazın layihədən kənar, rezin boru vasitəsilə sobaya birləşdirildiyi müəyyənləşib. Partlayış baş verərkən qaz kranı açıq olub.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev isə bildirib ki, ölənlərin dəfni dövlət tərəfindən həyata keçiriləcək.

Dünyasını dəyişən şəxslər Tərtər, Kürdəmir, Qax və digər rayonlardan idi və həmin mənzillərdə kirayədə qalırdılar.

***

Nəsimi rayonu Cavad xan küçəsi, 30 ünvanında partlayan binanın dağıntıları altından daha bir meyit çıxarılıb. Xilasedicilər meyiti 17 yanvar saat 1 radələrində dağıntılar altından çıxarıblar.

Bununla da, partlayış nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, xilasetmə tədbirləri artıq başa çatıb, dağıntılar altında heç kim qalmayıb. Hazırda 10 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirən nazir müavini onlardan 4-nün vəziyyətinin ağır olduğunu vurğulayıb.

E. Mirzəyev deyib ki, bu binanın sakinləri köçürülməyəcək, yalnız partlayışın baş verdiyi 4-cü blokda yaşayanlar evakuasiya olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2 maddəsi (ölümə və digər ağır cinayətlərə səbəb olmuş səhlənkarlıq) ilə cinayət işi başlanıb. / APA /

***

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından «Azadlıq» radiosuna verilən məlumata görə, hadisə nəticəsində həlak olanların sayı 4-ə çatıb, 6 nəfərsə yaralanıb. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***

E.Mirzəyev hadisənin qaz sızmasından baş verdiyinin ehtimal edildiyini bildirib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsimi Məmmədov isə deyib ki, binanın bir neçə blokunun sakinləri evakuasiya olunub.


***

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfərsə yaralanıb. O, uçqunlar altında adam qalmadığının ehtimal edildiyini bildirib.


***


Yanvarın 16-da saat 5 radələrində metronun «Memar Əcəmi» stansiyasının yaxınlığındakı «Planet» aptekinin arxasındakı 5 mərtəbəli binada partlayış olub. Şahidlərdən birinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, partlayış zamanı 4-cü və 5-ci mərtəbələr tamamilə sıradan çıxıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təcili tibbi yardım maşınları gəlib.
Ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Partlayışın qazdan olduğu ehtimal edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG