Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47

«Əvvəlki vəziyyətə qayıtmağı mühüm hesab edirik»


ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson

ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri Azərbaycan rəhbərliyinə xarici radioların yerli tezliklərdə yayımının bərpası məsələsi ilə bağlı müraciət ediblər.
Bu barədə «Turan»a Azərbaycan hökumətinə yaxın olan məlumatlı mənbələrdən daxil olub.

Məlumatı şərh edən ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson «Turan»a deyib ki, bu məsələ ilə bağlı məsləhətləşmələr mütəmadi olaraq aparılır və davam etdiriləcək:

«Biz ona əsaslanırıq ki, yayımın FM-dən qısa dalğalara, internet və peyk kanallarına keçirilməsi təklifi əhalinin informasiya əldə etmək imkanını xeyli məhdudlaşdırır. Azərbaycanda bir çoxları üçün internet və peyk kanalları əlçatmazdır, həm də internetin keyfiyyəti heç də yaxşı deyil. Buna görə, əvvəlki vəziyyətə qayıtmağı mühüm hesab edirik».

Diplomat prezident administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun yayımın orta dalğalarda davam etdirilməsi barədə dediklərini şərh etməyib.
Buna görə, güman etmək olar ki, Amerika tərəfi bu təklifi problemin həlli saymır.

Devidson bir sıra qəzetlərdə səfir Enn Dersin radiostansiyalar problemi ilə əlaqədar Vaşinqtona çağırılması barədə gedən məlumatları təkzib edib:
«Səfirin səfəri adi məzuniyyətdir və gələn həftə o, artıq Bakıda olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG