Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:29

«Human Rights Watch»: «Nazir iddiasını geri götürməlidir»


Təşkilat bildirir ki, əks halda bu, Azərbaycan üçün söz azadlığı sahəsində çox pis bir nümunə olacaq
Təşkilat bildirir ki, əks halda bu, Azərbaycan üçün söz azadlığı sahəsində çox pis bir nümunə olacaq
«Human Rights Watch» beynəlxalq hüquq müdafiə təşkilatı Daxili İşlər naziri Ramil Usubovun hüquq müdafiəçisi Leyla Yunusa qarşı iddiasından narahatdır.
Cənab Usubov Leyla Yunusu day.az saytına müsahibəsində Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu dediyinə görə, məhkəməyə verib.
«Human Right Watch»un Avropa və Orta Asiya regionu üzrə direktoru Reyçel Denberin yazdığı məktubda deyilir ki, nazir hüquq müdafiəçisinə qarşı qaldırdığı iddianı geri götürməlidir. Əks halda bu, Azərbaycan üçün söz azadlığı sahəsində çox pis bir nümunə olacaq.
R.Usubovun iddiası üzrə Nəsimi rayon Məhkəməsində yanvarın 13-nə təyin edilmiş hazırlıq iclası yanvarın 23-nə keçirilib.
Nazir məlumatın təkzibini və Leyla Yunusun 100 min manat cərimə edilməsini istəyir.
Leyla Yunus isə deyir ki, bu iddia vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiqdir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov «Azadlıq» radiosuna müsahibəsində «Human Rights Watch»un məktubu ilə bağlı onlarda heç bir məlumat olmadığını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG