Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:57

Nyu Yorkda təyyarə çaya düşüb


Yanvarın 15-də "US Airways" şirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayaraq Nyu Yorkun Manhetten adasını şəhərin digər hissələrindən ayıran Hudson çayına düşüb. Rəsmi məlumatlarda sərnişinlərin hamısının xilas olduğu, bəzilərinin yüngül xəsarət aldığı bildirilir.

İlkin məlumatlara əsasən təyyarədə heyət üzvləri də daxil olmaqla 153 adam olub. Təyyarə Nyu Yorkun La-Gardia hava limanından havaya qalxaraq Noth Carolina ştatına gedirmiş. İlkin ehtimallara görə, təyyarə quş dəstəsi ilə toqquşandan sonra onun mühərrikləri sıradan çıxıb. Çaya düşən təyyarə suyun üzündə qalıb. Sərnişinlər köməyə gələn qayıq və gəmilərlə xilas edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG