Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

ATƏT Gürcüstandakı missiyanın qalması üçün səylərini əsirgəməyəcək


Yanvarın birindən ATƏT-ə sədrlik edəcək Yunanıstan bu gün bildirib ki, ATƏT-in Gürcüstandakı müşahidəçi missiyasının orda qalması üçün səylərini əsirgəməyəcək. Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis bu gün Vyanada deyib ki, onlar Rusiyanın müşahidəçi missiyasının fəaliyyətinə əngəlini aradan qaldırmaq üçün çalışırlar. Bundan ötrü layihə də hazırdır. Amma xanım Bakoyanis layihə haqda əlavə məlumat verməyib.

ATƏT-in Gürcüstan-Rusiya savaşından sonra Gürcüstanın separatçı regionlarına göndərdiyi 200 nəfərlik müşahidə missiyasının mandatı ötən ilin sonunda başa çatmışdı. Rusiyanın mandatın müddətini uzatmaq istəməkdən imtina eləməsi üzündən ATƏT müşahidəçilərinin regiondan çıxarılması tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG