Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Ukrayna-Rusiya qaz danışıqlarına Avropa Birliyi də qatıla bilər


Avropa Birliyi Moskvadakı Rusiya-Ukrayna qaz qanışıqlarına qatılmağa hazırdır. Avropa Birliyinin az öncə yaydığı bəyanatda belə deyilib.

Rusiyanın baş naziri Vladimir Putin və Ukraynanın baş naziri Yuliya Timoşenko şənbə günü Avropaya Ukrayna vasitəsiylə qaz nəqlini müzakirə eləyəcəklər. Avropa Birliyi xəbərdarlıq eləyib ki, Rusiya və Ukrayna arasındakı qaz mübahisəsinin bu həddə gəlməsi və Avropanın da bundan zərər çəkməsi
həm Moskva-həm də Kiyevin etibarlı biznes tərəfdaşı nüfuzuna ciddi təsir eləyəcək.

Rusiya və Ukrayna hələ də Avropaya qazın kəsilməsinə görə bir-birlərini ittiham eləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG