Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:24

İsrail Qəzzada BMT-nin binasını bombaladı


Qəzzadakı BMT binası. Fələstinlilər yanğını söndürməyə çalışır

Qəzzadakı BMT binası. Fələstinlilər yanğını söndürməyə çalışır

Qəzzadakı BMT binasının vurulması səhv olub - amma bunda yaraqlılar günahkardılar. İsrailin Baş naziri Ehud Olmert bu gün belə deyib. Onun sözlərinə görə, İsrail Ordusuna Qəzzadakı BMT binasından atəş açıldığından həmin bina vurulub.

Bundan əvvəl BMT-nin Baş Katibi Ban Ki Mun İsrailin Qəzzadakı BMT binasını vurmasından hiddətləndiyini bildirmişdi. İsrailə atəşkəsə nail olmaq üçün gələn Ban Ki Mun İsrail rəsmilərindən hadisəylə bağlı təcili və tam izahat tələb eləyib.

Qəzzadakı BMT binasını İsrail hərbçiləri bu gün fosfor bombalarıyla vurublar. Hadisə nəticəsində binada yanğın başlayıb və 3 nəfər yaralanıb.
Ban Ki Mun bu gün onu da bildirib ki, Qəzzadakı əməliyyatlarda ölən dinc sakinlərin sayı "ağlagəlməz həddə" çatıb.

İsrail ordusunun Qəzzadakı əməliyyatlarının 20-ci günündə, bu günkü döyüşlərdən sonra həlak olan fələstinlilərin sayı 1100-ə yaxınlaşıb.
BMT-nin uşaq fondu - UNİSEF-in məlumatına görə həlak olanlardan 300-dən çoxu uşaqlardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG