Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:54

Xarici İşlər Nazirliyi bəyаnat verdi


Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Ermənistana 800 milyon ABŞ dolları dəyərində hərbi texnika və sursat verməsi ilə bağlı xəbərdən narahatlığını bildirir. Nazirliyin yanvarın 15-də yaydığı bəyanatda deyilir ki, ötürülmüş silah-sursat Azərbaycan ərazilərinin bir hissəsini işğal edən ölkənin hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək:

«Xarici İşlər Nazirliyi hesab edir ki, silahların ötürülməsi bu işğalın davamına və güclənməsinə imkan yaradacaq».

XİN bildirir ki, bu, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdiyi müvafiq qətnamələrin və BMT Baş Assambleyasında 14 mart 2008-ci il tarixdə qəbul olunmuş «Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət» adlı qətnamənin bilavasitə pozulmasıdı:

«Burada söhbət ilk növbədə Rusiya tərəfindən Azərbaycan ərazilərinin işğalının davamına və güclənməsinə hər hansı addımları ilə yardım etməməyə dair öhdəliyinin pozulmasından gedir».

XİN bəyan edir ki, yuxarıda qeyd olunanlar münaqişənin nizamlanması ilə bağlı vəziyyətin gələcək inkişafına görə, Rusiyanın üzərinə xüsusi məsuliyyət qoyur.

Məlumatda Azərbaycan tərəfi Rusiya Federasiyasını silahların ötürülməsinin nəticələrinin aradan qaldırılması məqsədilə bütün mümkün tədbirlərin həyata keçirilməsinə çağırır.

«Media forum» saytı ötən həftə Rusiyanın Ermənistana 800 milyon ABŞ dolları dəyərində hərbi texnika və sursat verməsi xəbərini yayıb.

Rusiyanın Müdafiə Nazirliyinin polkovniki Aleksandr Petrun xəbəri təsdiq etsə də, nazirliyin Mətbuat Xidmətinin rəisi Aleksandr Drobışevski təkziblə çıxış etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG