Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:44

Monitorinq zamanı atəşkəs pozulub


Aprelin 6-da ATƏT nümayəndələrinin Qazaxın Məzəm kəndində monitorinqi zamanı rayonla Ermənistan sərhədində atəşkəs pozulub. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Fərman Nağdəliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, ATƏT nümayəndələri Qazaxın Məzəm kəndində monitorinq aparan zaman qonşu Quşçu Ayrım kəndi Ermənistan hərbi qüvvələrinin atəşinə məruz qalıb.

ATƏT nümayəndələri Məzəm kəndinin əhalisiylə də görüşüb. Yerli sakinlər kənddə atəşkəsin tez-tez pozulduğunu, buna görə də təsərrüfatla məşğul ola bimədiklərini diqqətə çatdırıblar.


Monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişek də izləyib.


XS
SM
MD
LG