Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:09

Əli Həsənov: «Azərbaycan təkliflər gözləyir»


«Eyni zamanda, ABŞ və Böyük Britaniya hökumətləri ilə hökumətlərarası sazişə müvafiq qarşılıqlı yayım praktikası da həyata keçirilə bilər»
«Eyni zamanda, ABŞ və Böyük Britaniya hökumətləri ilə hökumətlərarası sazişə müvafiq qarşılıqlı yayım praktikası da həyata keçirilə bilər»
«Azərbaycan ABŞ-ın Beynəlxalq Yayım Şurasından və BBC-dən təkliflər gözləyir. Amerikanın və Böyük Britaniyanın müxtəlif qurumları və dövlət rəhbərləri xarici radiolarla bağlı Azərbaycan prezidentinə müraciətlər edib. Azərbaycan hökuməti bu qurumlarla dialoqa hazırdır».
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Turan»a belə deyib.

Onun sözlərinə görə, Azərbaycan yerli şirkətlər üçün nəzərdə tutulmuş FM tezliyi istisna olmaqla, bu radioların yayımını digər bütün vasitələrlə davam etdirməyə hazırdır.

Digər vasitələr dedikdə, Əli Həsənov beynəlxalq peyk yayımı imkanlarını, kabel teleradio sistemini və peyk vasitəsi ilə yayılan qısa və orta tezlikləri nəzərdə tutduğunu bildirib.
«Eyni zamanda, ABŞ və Böyük Britaniya hökumətləri ilə hökumətlərarası sazişə müvafiq qarşılıqlı yayım praktikası da həyata keçirilə bilər», - deyə o, qeyd edib.
Milli Televiziya və Radio Şurasının qərarı ilə bu il yanvarın 1-dən «Azadlıq», «Amerikanın səsi» və BBC radiolarının FM tezliyində yayımı dayandırılıb.
XS
SM
MD
LG